Fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələdə valideynlərini itirən 2 azyaşlıya hesab açıb, yetkinlik yaşına çatana qədər onlara yardım etməyi öz üzərimə götürürəm.
AzerTimes xəbər verir ki, bu sözləri azərbaycanlı biznesmen, professor İlham Rəhimov Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının təşkilatçılığı ilə keçirilən “Dövlət. Cəmiyyət. Cinayətkarlıq” mövzusunda beynəlxalq konfransda səsləndirib.
İlham Rəhimov konfrans iştirakçıları adından Türkiyədə zəlzələdə həyatını itirənlərlə və xəsarət alanlara başsağlığı verib.