Rəhim Rəhimlidən nələr yazırlar?

Rəhim Rəhimlidən nələr yazırlar?

Xəbər verdiyimiz kimi, tanınmış müğənni, bəstəkar Rəhim Rəhimli bu gecə 43 yaşında dünyasını dəyişib.

AzerTimes xəbər verir ki, sənət dostları sosial şəbəkələrdə müğənninin ölümü ilə bağlı başsağlığı verib. Onlardan bir neçəsini təqdim edirik:

Xalq artisti Röya Ayxan: “Azərbaycan incəsənətinə ağır itki oldu. Ailəsinə, Rəhim Rəhimli pərəstişkarlarına başsağlığı diləyirəm. Kədərinizə şərikəm. Allah rəhmət eləsin!”

Müğənni Elnur Məmmədov: “Rəhim Rəhimli, ən son görüşəndə məni çox kövrəltdin. Mənə çox xoş sözlər dedin. Səni gözəl ürəyə sahib bir insan, dürüst biri kimi tanıdım. Ömrüm boyu da elə xatırlayacam. Bu xəbərin məni çox sarsıltdı. Allah sənə rəhmət eləsin!”

Xalq artisti Aygün Kazımova: “Qol-qola, çiyin-çiyinə səhnələr paylaşdığım, yollar keçdiyim, dərdlər bölüşdüyüm dostum! Çox ağır xəbər oldu. Çox arzular yarım qaldı… Allah sənə rəhmət eləsin Rəhim! Sevənlərinin və dostlarının qəlbində əbədi yaşayacaqsan, mənim əziz dostum!”

Tanınmış reper Ramil Nabran: “Kimindi ki bu dünya?! Nə sənin, nə mənim, nə də başqasının… Səhəri bu xəbərlə oyanıb xəbərin real olduğuna inanmaq çox çətindir. Azərbaycanda musiqi və estrada sahəsində böyük işlər görmüş, bir zamanlar isə Muz TV (MTV) kanalını brend hala gətirən, dahi sənətçi və dostum Rəhim. Fanidir bu dünya… Allah sənə rəhmət eləsin! ”

Müğənni Samir Cavadzadə: “2 gün öncə biz telefonla qəhqəhə ilə danışıb gülmüşdük. Dostumdan sənətim haqqında gözəl sözlər, məni nə qədər çox istədiyini eşitmək mənim üçün çox dəyərli idi. Sabah görüşməli idik. Hələ də sabah bir yerdə olacağımızı düşünürəm. Məkanın cənnət olsun, Rəhim Rəhimli!”

Teqlər: