Regionlarda KOB-ların məhsullarının satışına dəstək məqsədilə yarmarkalar – “KOB Fest” təşkil olunacaq

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA)
təşkilatçılığı ilə Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, eləcə
də Şəmkir, Füzuli və Quba rayonlarında KOB Fest – sərgi-satış
yarmarkaları təşkil olunacaq.

Yarmarkaların keçirilməsində məqsədi mikro və kiçik sahibkarlıq
subyektlərinin istehsal etdiyi məhsul və xidmətlərin geniş
istehlakçı auditoriyasına təqdim edilməsi və satışına dəstək olmaq,
eləcə də yerli məhsulların tanıdılmasıdır. Yerli istehsalçı ilə
istehlakçı arasında birbaşa əlaqə yaradacaq yarmarkalar KOB-ların
məhsullarının daha çox satılması və tanıdılması ilə yanaşı, KOB-lar
və təchizatçılar arasında işgüzar əlaqələrin qurulmasını, həssas
əhali qrupuna aid sahibkarlıq subyektlərinin satış imkanlarının
genişləndirilməsini də hədəfləyir.

Yarmarkalarda KOB subyektlərinin istehsal etdikləri qida və
qeyri-qida məhsulları, sənətkarların və yaradıcı şəxslərin əl
işləri, eləcə də KOB-lar tərəfindən göstərilən xidmətlər təqdim
ediləcək. Yerli startaplar da öz məhsul və xidmətləri ilə
yarmarkada təmsil oluna bilərlər. KOB Festlər çərçivəsində
həmçinin, sahibkarlar arasında “B2B” görüşlər keçiriləcək, biznes
xidmətlər göstəriləcək, eləcə də mədəni-əyləncəli proqram, yaradıcı
şəxslər və sənətkarlar tərəfindən master-klasslar təşkil
olunacaqdır.

Ölkə regionlarında təşkil olunacaq KOB Fest sərgi-satış
yarmarkaları aşağıdakı tarixlərdə keçiriləcəkdir:

07 may – Şəmkir rayonu

09 may – Gəncə şəhəri

14 may – Lənkəran şəhəri

21 may – Füzuli rayonu

28 may – Quba rayonu

30 may – Sumqayıt şəhəri

Yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və
kiçik sahibkarlıq subyektləri KOBİA-ya müraciət edə bilərlər.
Müraciətlər elektron qaydada qəbul olunur: https://smb.gov.az/az/contact-form/exhibition-form/1

Teqlər: