Regiondakı mövcud geosiyasi vəziyyətlə əlaqədar Orta Dəhlizin əhəmiyyəti artmaqdadır

Regiondakı mövcud geosiyasi vəziyyətlə əlaqədar Orta Dəhlizin
əhəmiyyəti artmaqdadır.

Trend-in məlumatına görə, bunu Beynəlxalq
Münasibətlərin Təhlili Mərkəzinin İdarə heyətinin sədri Fərid
Şəfiyev Azərbaycanla Qazaxıstan arasında diplomatik
münasibətlərininin qurulmasının 30 illiyi və Azərbaycan-Qazaxıstan
Ekspert Şurasının yaradılması ilə bağlı dəyirmi masa zamanı
deyib.

“Azərbaycanla Qazaxıstanın gündəliyində çoxlu yeni məsələlər
dayanır. Çindən Avropaya yol olan Orta Dəhliz kimi təşəbbüslərdən
biri mövcud gündəlikdə böyük rol oynayır. Xüsusilə regiondakı
mövcud geosiyasi vəziyyətlə əlaqədar Orta Dəhlizin əhəmiyyəti
artmaqdadır”, – deyə o bildirib.

Onun sözlərinə görə, artıq gömrük prosedurlarının
sadələşdirilməsi barədə sazişlər mövcuddur və gələcək inkişaf üçün
potensial var.

F.Şəfiyev vurğulayıb ki, Azərbaycanla Qazaxıstan arasında sıx
əməkdaşlıq fəal şəkildə inkişaf etməlidir.

(Tərcümə: Orxan Nəbiyev)