Regionda sülh üçün minalar təmizlənməlidir – Britaniya səfiri

Regionda sülh üçün yeni minaların yerləşdirilməsi
dayandırılmalıdır. AzerTimes-ın məlumatına görə, bunu Humanitar Mina
Fəaliyyəti və Davamlı İnkişaf Məqsədləri üzrə beynəlxalq konfrans
zamanı jurnalistlərə açıqlamasında Böyük Britaniyanın
Azərbaycandakı səfiri Ceyms Şarp deyib.

O qeyd edib ki, əsas məqsəd olaraq gələcəyə fokuslanmaq
lazımdır. “Bölgədə sülhün təmin edilməsi üçün minaları təmizləmək
və yeni minalar yerləşdirməmək lazımdır”, – deyə C.Şarp qeyd
edib.

Səfir əlavə edib ki, Böyük Britaniya BMT-nin İnkişaf Proqramına
göstərdiyi yardım sayəsində bir sıra britaniyalı ekspertlər
ANAMA-ya öz dəstəyini nümayiş etdiriblər.

Teqlər: