Xəbər - Elçin Mehdiyev -Trend:
Qarabağ münaqişəsi sona çatıb və artıq hərbi əməliyyatlar
aparılmır. Biz münaqişə tərəfdarı deyilik. Bu münaqişə regionda
böyük fəsadlara səbəb olub.
Trend xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin deputatı
Tahir Mirkişili İrəvanda AVRONEST Parlament Assambleyasının komitə
iclasında çıxışında deyib.
“Mən özüm Qarabağdanam və siz gedib baxsanız mənim evimin nə
vəziyyətə salındığını görəcəksiniz. İşğaldan azad edilmiş ərazilərə
getsəniz, nə qədər böyük dağntıların olduğunu görərsiniz. Əgər
Ağdama getsəniz, siz orada Qafqazın Xerosimasını görəcəksiniz.
Birinci Qarabağ müharibəsi zaman biz 20 minə qədər insanımızı
itirmişik. Onlardan 4 minə qədər insanın taleyi hələ də naməlum
qalır. Münaqişə artıq başa çatıb və biz artıq münaqişə istəmirik.
Biz heç bir revanşizm və ya təhdid görmək istəmirik. Azərbaycan
güclü dövlətdir. Biz gələcəkdə hər hansı revanşist qüvvələrə cavab
verməyə hazırıq. Ancaq münaqişə artıq keçmişdə qalıb və biz indi
gələcəyə baxmalıyıq. İndi regionda əməkdaşlıq üçün yaxşı imkanlar
yaranıb və biz bu imkanlardan istifadə etməliyik. Biz bu
imkanlardan istifadə edərək xalqlarımız üçün yaxşı gələcək
qurmalıyıq. Bu imkanlardan biri 3+3 formatıdır. Bu yeni bir
formatdır və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bəyan
edilib. Biz bu formatdan istifadə etməklə regionda dayanıqlı sülhə
və iqtisadi inkişafa nail ola bilərik”, deyə T.Mirkişili əlavə
edib.