Regionda dayanıqlı sülh və çoxtərəfli əməkdaşlıq üçün zəmin yaranıb – Tahir Budaqov

Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan həm etibarlı tərəfdaş, həm də nüfuzlu dövlət kimi tanınır.

Trend xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” elmi-praktik konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bunu təmin edən amil milli maraqlara, müasir çağırışlara uyğun daxili və xarici siyasət kursunun həyata keçirilməsidir.

“Təbii ki, Prezident İlham Əliyevin ümumilli lider Heydər Əliyev idealarına əsaslanan mütərəqqi siyasəti uğurla davam etdirməsi Azərbaycanın yeni-yeni nailiyyətlər qazanmasını şərtləndirir.

Şübhəsiz ki, həm müstəqillik dövrünün, həm də çoxəsrlik tariximizin ən parlaq səhifəsi işğal altında olan ərazilərimizin azad olunması, ərazi bütövlüyümüzün bərpasıdır.
Son sözü döyüş meydanında Ali Baş Komandanın rəhbərliyi altında müzəffər ordumuz dedi.

İnkaredilməz həqiqətdir ki, ötən müddət ərzində məqsədyönlü ordu quruculuğu aparan Azərbaycan münaqişəni öz hərbi-siyasi resursları ilə həll etməklə yeni reallıqlar formalaşdırıb. Bu reallıqlar sırasında yeni geosiyasi strategiyanın yaranması mühüm yer tutur.

İşğal faktına son qoyulub, separatizmə son qoyulub, erməni faşizminin başı əzilib, işğalçı qüvvələrə layiqincə dərs verilib.

Regionda dayanıqlı sülh, etibarlı təhlükəsizlik və çoxtərəfli əməkdaşlıq üçün zəmin yaranıb” – T.Budaqov deyib

Teqlər: