Region ölkələri ilə ticarətin inkşaf etdirilməsi İranın xarici siyasətinin prioritetidir – İbrahim Rəisi

Xəbər - Elnur Bağışov – Trend:

Region ölkələri ilə ticarətin inkişaf etdirilməsi İranın xarici siyasətinin prioritetidir.

AzerTimes-ın məlumatına görə, bunu İran prezidenti İbrahim Rəisi Türkmənistan paytaxtı Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısının kənarında Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə görüşdə deyib.

İ.Rəisinin sözlərinə görə, dünyanın hazırkı şəraitində region ölkəklərinin əməkdaşlıqları bir çox imkanlar yaradır və region ölkələrinin aktiv iştirakı bütün məsələləri həll edə bilər.

Rəisi əlavə edib ki, İran bütün sahələrdə, o cümlədən iqtisadi, nəqliyyat, enerji və terrorizmlə mübarizə sahəsində Özbəkistanla əməkdaşlıqlarını yüksəltməyə hazırdır.


Rəisi deyib ki, iki ölkənin ticarət dövriyyəsinin həcminin az olduğunu nəzərə alaraq, İran və Özbəkistan xarici işlər nazirləri ikitərəfli uzunmüddətli əməkdaşlıqların yol xəritəsini hazırlamalıdırlar.

Görüşdə Özbəkistan prezidenti Şavkat Mirziyoyev dəiki ölkənin iqtisadi potensiallarını münasibətləri inkişafı üçün münasib struktur adlandırıb və ikitərəfli ticarət dövriyyəsinin artırılmasının vacibliyini vurğulayıb.