Rəfsəncaninin qızı həbs oluna bilər: Peyğəmbərin təhqiri…

Rəfsəncaninin qızı həbs oluna bilər: Peyğəmbərin təhqiri…

Tehranın Baş prokuroru Əli Salehi İranın keçmiş prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin qızı Faizə Haşimi barəsində həbs qərarı çıxarılmasını istəyib.

AzerTimes xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Baş prokuror ittiham aktının əsasının Faizə Haşiminin Məhəmməd peyğəmbərlə bağlı səsləndirdiyi fikirlərlə əlaqəli olduğunu bildirib.

Qeyd edək ki, sosial mediada yayımlanan videoda Faizə Haşimi Məhəmməd peyğəmbərin həyat yoldaşı Xədicənin iş qadını olduğunu deyib və bildirib ki, peyğəmbər yalnız peyğəmbərliklə məşğul olduğundan, iqtisadi fəaliyyətdən kənar qaldığına görə həyat yoldaşının pulunu boş yerə xərcləyib.

Teqlər: