Tanınmış baletmeyster, xalq artisti Rəfiqə Axundova vəfat edib.
AzerTimes xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, R.Axundova 1951-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. Böyük Teatrda təkmilləşmə kursu keçdikdən sonra Azərbaycan Opera və Balet Teatrının solisti olub. 1971-ci ildən həmin teatrın baletmeysteri, 1990-cı ildən baş baletmeysteri idi.
O, həmçinin Əlcəzair, İsveç, Misir və Belçikada pedaqoq-baletmeyster işləyib.