Rəfaellə Coşqun qızıllarımı qaytarmır – Elza

Rəfaellə Coşqun qızıllarımı qaytarmır – Elza

Əməkdar artist Elza Seyidcahan “Bu şəhərdə”nin aktyorları Rafael İsgəndərov və Coşqun Rəhimovla bağlı maraqlı açıqlama verib. Müğənni cütlüyün onun zinnət əşyalarını götürdüyünü və geri qaytarmadığını bildirib.

AzerTimes xəbər verir ki, Elza Seyidcahan Qaynarinfo.az-a açıqlamasında həmin zinnət əşyalarını Rəfael İsgəndərov və Coşqun Rəhimova halal etdiyini açıqlayıb:

“Rəfael İsgəndərov və Coşqun Rəhimova qurbandır, onlar mənim sənət dostlarımdır. Halal xoşları olsun. Rəfaelə, Coşquna, Müşfiqə hər şey qurbandır. Onlar bizim sənət fədailərimizdir, əziz aktyorlarımızdır. Çox sağ olsunlar. İstəsələr mən onlara yenə zinnət əşyaları alaram”.

Bəstəkar hazırda Zəfər günü ilə bağlı Laçın şəhərinə getdiyini vurğulayıb:

“Hazırda Laçın şəhərinə gedirəm, orada Zəfər günü ilə bağlı konsertimiz olacaq. Dövlət tədbiridir, konsertdə iki mahnı ifa edəcəm – “Laçınımın dağlarında” və “Yallı”. Mənim bütün musiqilərim gözəldir. İnşallah onların hər birini solo konsertimdə ifa edəcəm”.

Teqlər: