Xəbər - Sədrəddin Agcayev – Trend:
“Red Wings” aviaşirkəti koronavirusla bağlı epidemioloji vəziyyət sabitləşdiyi halda Azərbaycan, Qazaxıstan və Özbəkistana uçuşlar həyata keçirməyi planlaşdırır.
AzerTimes-ın məlumatına görə, bu barədə şirkətin rəhbəri Evgeniy Klyuçaryov Rusiya KİV-lərinə müsahibəsində bildirib.
E.Klyuçaryov bildrib: “MDB ölkələri üzrə uçuşlar üçün Koltsovodan (Yekaterinburg, Rusiya) çox sayda təyinat almışıq və həyata keçirəcəyik. Bunlar Azərbaycan, Qazaxıstan və Özbəkistandakı şəhərlərdir”.
O qeyd edib ki, bu gün Minskə uçuşlar aviaşirkət tərəfindən nəzərə alınmır:
“Ural Hava Yolları” artıq Minskə sərnişin daşınması üçün icazə alıb. Daşıyıcı ilə rəqabət etməyəcəyik, bundan əlavə Yekaterinburqdan bu istiqamətdə çox sayda sərnişin yoxdur”.
Xatırladaq ki, “Red Wings” artıq Moskvanın Jukovski hava limanından Bakıya uçuşlara razılıq alıb.