Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan “İddiaçılar Turniri”ndə növbəti görüşünü keçirib.
AzerTimes xəbər verir ki, 35 yaşlı şahmatçı IV turda qara fiqurlarla polşalı Yan-Kşiştof Duda ilə qarşılaşıb. Oyun 41-ci gedişdə heç-heçə ilə başa çatıb.
Teymur Rəcəbov I və III turda Fransa təmsilçisi Alireza Firuzca və FIDE bayrağı altında yarışan Yan Nepomnyaşi ilə sülhə razılaşıb, II turda isə ABŞ təmsilçisi Hikaru Nakamuraya uduzub.
Təmsilçimiz hazırda 1,5 xalla Firuzca ilə 6 – 7-ci yerləri bölüşdürür.
Qeyd edək ki, İddiaçılar Turnirinə iyulun 7-də yekun vurulacaq. Yarışın qalibi şahmat tacı uğrunda görüşdə norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək.