Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri, xüsusən də Şuşanı ziyarət etməsi Türkiyə-Azərbaycan münasibətlərinin inkişafı üçün daha bir ciddi addımdır.
Bunu AzerTimes-a Türkiyə Prezident Administrasiyasından (PA) bildiriblər.
Qeyd olunub ki, iki dövlət arasındakı müsanibətlər hər zaman yüksək səviyyədə olub və bundan sonra da artan xətlə inkişaf edəcəkdir: “Bu səfər Türkiyə-Azərbaycan münasibətlərini daha irəli aparacaq, eyni zamanda digər türkdilli dövlətlər arasında əlaqələrin daha da inkişafı üçün təkan yaradacaq. Türkiyə və Azərbaycan arasında imzalanan sənədlər əlaqələrin inkişafı istiqamətində atılan önəmli addımdır”.