Rəcəb Tayyib Ərdoğan G20 Zirvə görüşündə iştirak üçün İtaliyaya səfər edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 16-cı G20 Zirvə görüşündə iştirak etmək üçün şənbə günü Romaya səfər edib.

Trend xəbər verir ki, Leonardo da Vinçi adına Roma-Fiumicino Beynəlxalq Hava Limanında dövlət başçısını Türkiyənin müvafiq olaraq Romadakı və Vatikandakı səfirləri Ömər Güçcüyuk və Lütfullah Göktaş, həmçinin Türkiyənin Romadakı və Vatikandakı diplomatik nümayəndəliklərinin əməkdaşları qarşıladılar.

R.T.Ərdoğanı Türkiyənin birinci xanımı Əminə Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, maliyyə və xəzinədarlıq naziri Lütfi Elvan, Türkiyə PA Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun və prezidentin mətbuat katibi İbrahim Kalın müşayiət edirlər.

Prezident Ərdoğan sammit çərçivəsində bir sıra liderlərlə ikitərəfli görüşlər keçirəcək, İtaliyanın baş naziri Mario Draqinin təşkil etdiyi mədəniyyət tədbirində iştirak edəcək, həmçinin İtaliya prezidenti Sercio Mattarellanın nümayəndə heyətləri rəhbərlərinin şərəfinə verdiyi naharda iştirak edəcək.

Teqlər: