Reanimasiyaya yerləşdirilən Karpovun son durumu

Reanimasiyaya yerləşdirilən Karpovun son durumu

Şahmat üzrə keçmiş dünya çempionu Anatoli Karpov sabah palataya köçürülə və hətta evə buraxıla bilər.

AzerTimes xəbər verir ki, bu barədə Karpovun köməkçisi deyib.

O bildirib ki, 71 yaşlı keçmiş çempion artıq özünü yaxşı hiss edir, huşu özündədir.

Qeyd edək ki, 31 oktyabrda Anatoli Karpov beyin travması və çanaq sümüyünün sınığı diaqnozu ilə reanimasiyaya yerləşdirilmişdi. Onun yıxılaraq ağır xəsarət aldığı bildirilirdi.

A.Karpov 1975-ci ildə şahmat üzrə dünya çempionu olub və bu titulu 1985-ci ilə qədər daşıyıb.

2011-ci ildə Vahid Rusiya Partiyasından Dövlət Dumasına deputat seçilib. Karpov Dövlət Dumasının Milli məsələlər komitəsinin üzvüdür.

Teqlər: