Reanimasiyaya düşən koronavirus xəstələrinin 96 faizi peyvənd olunmayanlardır – TƏBİB sədri

Xəbər - Çingiz Səfərli – Trend:

Mart ayından bu günə qədər COVID-19-a yoluxub, reanimasiyaya düşənlərin 96 faizi peyvənd olunmayanlardır.

AzerTimes xəbər verir ki, bunu TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı rəsmi “Twitter” hesabında yazıb.

“Pandemiyanın ölkəmiz və həyatımız üçün yaratmış olduğu risk səviyyəsini azaldanlardan biri də sən ol”, – deyə Ramin Bayramlı əhalini vaksinasiya olunmağa çağırıb.

Twitter:@cingizsafarli

Teqlər: