“Real”da ciddi itkilər: 6 əsas futbolçu…

“Real”da ciddi itkilər: 6 əsas futbolçu…

İspaniyanın “Real” klubunun UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda qarşılaşacağı İngiltərə təmsilçisi “Liverpul”la matçdan öncə 6 əsas futbolçusu zədələnib.

AzerTimes xəbər verir ki, Madrid klubunun üzvlərindən David Alaba, Dani Karvahal, Eder Militao, Orelyen Çuameni, Rodriqo və Lukas Vaskes hazırda zədədən əziyyət çəkirlər.

Belçikalı qapıçı Tibo Kurtua isə sağalaraq komandaya dönüb. Hazırda baş məşqçi Karlo Ançelottinin sərəncamında əsas komandadan cəmi 16 nəfər qalıb.

Teqlər: