Real TV və Trend İnformasiya Agentliyi yeni birgə layihəsi olan “Real-Trend” verlişinin növbəti buraxılışı yayımlanıb.
AzerTimes-ın məlumatına görə, verlişin növbəti buraxılışında ümumi daxili məhsulun artması, Azərbaycan iqtisadiyyatının post-pandemiya dövründən sonra inkişafı, dünya bankının bu istiqamətdə proqnozları, neft gəlirlərinin insan kapitalına yönəldilməsi, Qarabağın bərpası və digər məsələlər müzakirə olunub.
Qeyd edək ki, layihə hər çərşənbə günü saat 15:30-da, təkrarı 22:30-da Real TV-nin efirində yayımlanır. “Real-Trend” verlişində həftənin ən aktual iqtisadi xəbərləri müzakirə edilir. Həm Real TV, həm də Trend İnformasiya Agentliyinin studiyasına dəvət edilən qonaqlar Azərbaycanın qarşısında duran çağrışları müzakirə edirlər. Müzakirə edilən mövzular sırasına azad edilmiş ərazilərə böyük qayıdışın gündəlik qayğıları, 4-cü sənaye inqilabının gündəmə gətirdiyi məqamlar, “Ağıllı kənd”, “Ağıllı şəhər” layihələrinin vəd etdiyi üstünlüklər və digər iqtisadi məsələlər daxildir.
Buraxılışı təqdim edirik: