“Real Madrid” və “Mançester Siti” UEFA Çempionlar liqasının 1/4 finalına yüksəliblər

Martın 10-da futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final
mərhələsinin cavab oyunları çərçivəsində daha iki görüş baş
tutub.

Trend xəbər verir ki, “Real Madrid” ilə Fransanın “PSJ” klubları
arasında keçirilən oyunda hesabı qonaqlar açıb. Fransızların
heyətində 39-cu dəqiqədə Kilian Mbappe fərqlənib. Lakin 61-ci,
76-cı və 78-ci dəqiqələrdə fərqlənən Kərim Benzema “kral klubunun”
3:1 hesablı qələbəsini rəsmiləşdirib. Bununlada ilk matçda rəqibinə
1:0 hesabı ilə qalib gəlsə də, “PSJ” turnirlə vidalaşmalı olub.

Gecənin digər matçında İngiltərənin “Mançester Siti” klubu evdə
Portuqaliyanın “Sportinq” komandasını sınağa çəkib. Səfərdəki ilk
görüşdə 5:0 hesablı qələbə qazanan “şəhərlilər” evdə qolsuz
heç-heçə edərək, dörddəbir finala keçiblər.

Teqlər: