“Real Madrid” Çempionlar Liqası mövsümünü buraxa bilər

“Real Madrid” futbol klubu Superliqa layihəsində iştirak etdiyi üçün Çempionlar Liqası mövsümündən kənarda qalmaq təhlükəsi ilə üzləşib.

AzerTimes-ın məlumatına görə, bu barədə AS xəbər verib.

Məlumata əsasən, Superliqanın yaradılması layihəsinin uğursuz olmasına baxmayaraq, “Real Madrid” təşəbbüskar klubu roluna görə cəzalandırıla bilər.


Bildirilib ki, Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) komandaya sanksiyaları tətbiq etməyi müzakirə edir. Klub cəza olaraq Çempionlar Liqası turnirini buraxa bilər. Sanksiya Turinin “Yuventus” klubuna da şamil oluna bilər.

Teqlər: