Finlandiyanın paytaxtı Helsinkidə UEFA Super Kuboku uğrunda oyun keçirilib.
AzerTimes-ın məlumatına görə, İspaniyanın “Real Madrid” və Almaniyanın “Ayntraxt” (Frankfurt) komandaları arasında Helsinki Olimpiya Stadionunda oynanılan görüşü ingiltərəli FIFA referisi Maykl Oliver idarə edib.
Qarşılaşma “kral klubu”nun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 37-ci dəqiqədə David Alaba və 65-ci dəqiqədə Kərim Benzema vurublar.
5-ci dəfə Superkuboku qazanan “Real Madrid” bu göstəricidə İspaniyanın “Barselona” və İtaliyanın “Milan” klublarına çatıb. Hazırda bu 3 komanda titula ən çox sahib çıxan kollektivlərdir.