“Real” “Çelsi”ni, “Milan” “Napoli”ni məğlub etdi

“Real” “Çelsi”ni, “Milan” “Napoli”ni məğlub etdi

UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinin ilk matçlarına yekun vurulub.

AzerTimes xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçirilib.

Turnirin son qalibi olan “Real Madrid” İspaniyada “Çelsi”ni qəbul edib. Matçda Madrid təmsilçisi 2:0 hesablı qələbə qazanıb.

Digər oyun isə İtaliyada “Milan” və “Napoli” klubları arasında baş tutub. Qarşılaşamada 1:0 hesablı nəticə qeydə alınıb.

Komandalar arasında cavab oyunları aprelin 18-də keçiriləcək.

Qeyd edək ki, dörddəbir finalın digər ilk oyunlarında “Mançester Siti” İngiltərədə Almaniyanın “Bavariya” komandasına 3:0, İtaliyanın “İnter” klubu isə Portuqaliyada “Benfika”ya 2:0 hesabı ilə qalib gəlib.

Teqlər: