
“Real Madrid”in La Liqa və İspaniya Kubokundakı məğlubiyyətləri məşqçi Alvaro Arbeloaya etimadı azaldıb.
AzerTimes xəbər verir ki, səfərdə “Osasuna”ya 1:2, doğma meydanda “Xetafe”yə 0:1 hesabı ilə məğlubiyyətlər məşqçiyə dəstəyin azalmasına səbəb olub. “The Athletic” nəşrində dərc edilən xəbərə görə, Alvaro Arbeloa vəzifəyə təyin olunandan sonra klubdakı atmosfer düzəlsə də, məğlubiyyətləri müzakirələrə səbəb olub. Bildirilir ki, “Real” rəhbərliyi hazırda məşqçinin istefaya göndərilməsini nəzərdən keçirmir.
Lakin uğursuzluq davam edərsə, “Real” Alvaro Arbeloa ilə yollarını ayıra bilər.
AVRO
LİRƏ
RUBL
LARİ
DİRHƏM
YUAN