Reabilitasiya xidmətlərindən necə faydalanmaq olar?

Bu barədə maarifləndirici videoçarx hazırlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müasir tələblərə
uyğun qurulmuş reabilitasiya müəssisələrində əlilliyi olan şəxslər
və sağlamlıq imkanları məhdud uşaqlar effektiv reabilitasiya
xidmətləri ilə əhatə olunurlar.

Ötən il həmin mərkəzlərdə 9325, bu ilin iki ayında isə 3812
nəfərə reabilitasiya xidmətləri göstərilib.

Bəs reabilitasiya mərkəzlərinə kimlər qəbul edilir və qəbul necə
həyata keçirilir? Bunun üçün hansı sənədlər tələb olunur? Ümumən
reabilitasiya xidmətlərindən necə faydalanmaq olar?

Nazirliyin təqdim etdiyi “Sağlam həyata sağlam addımla!” adlı
yeni videoçarx (https://www.youtube.com/watch?v=TEzt026-YAs)
bu barədə məlumatlandırma xarakteri daşıyır.

Teqlər: