Razılıq olub, Emreli Türkiyə komandasına transfer olur

Razılıq olub, Emreli Türkiyə komandasına transfer olur

Xorvatiyanın “Dinamo Zaqreb” klubunda oynayan millimizin üzvü Mahir Emreli kariyerasını Türkiyədə davam etdirə bilər.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, Emreli ilə “Konyaspor” arasında ilkin razılıq olub. Onun bu mövsümün sonuna kimi icarə əsasında “Konyaspor”da oynayacağı vurğulanıb. Konya klubununun yayda futbolçunu birdəfəlik almaq hüququ da olacaq.

Qeyd edək ki, M. Emreli ötən ilin yanvarından “Dinamo”da oynayır.

Teqlər: