Razılıq əldə etməliyik, bu, baş tutmasa… – Zurabişvili

Razılıq əldə etməliyik, bu, baş tutmasa… – Zurabişvili

Bizim nə güclü institutlar, nə institutlara hörmət, nə də məhkəmə sistemimiz var.

AzerTimes xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.

O qeyd edib ki, ölkədə başlıca məqsəd hərtərəfli razılığa gəlmək olmalıdır, bu baş tutmayacağı təqdirdə isə hər şey mənasız olacaq:

“Biz namizəd ölkə statusu üçün müraciət edəcəyimizi gözləmirdik. Bunu 2024-cü ildə etməyi planlaşdırırdıq. Biz bunun üçün qarşı tərəfə təşəkkür etməliyik. Ukraynada bu gün də çox ağır vəziyyətdir. Orada bombalar dayanmır. Ukraynada həyatını itirən 27 gürcü döyüşçülərinin xatirələrini hörmətlə yad etmək istəyirəm. 12 bənddən ibarət tövsiyyələr paketində aydın görünür ki, başlıca məsələ ədliyyə islahatlarıdır. Bizim nə güclü hökumət institutlarımız nə də məhkəmə sistemimiz var. Ədliyyə islahatları üzərində işləmək bir imkandır. Bu bizim Sovet sistemindən çıxmağımız üçün yeganə yoldur. Başqa yol mövcud deyil və digər bütün yollar bundan qaynaqlanır. İnsan hüquqlarının qorunması, biznesin qorunması, diskriminasiyanı yenmək, başqalarını dinləməyin vacibliyi, özəl mülkün toxunulmamazlığını müəyyən etmək kimi şeylər, bütün bunlar demokratiya dediyimiz amillərin hər biri ədliyyə sistemindən keçir. Ədliyyə islahatları ilə bağlı razılığa gəlmək bizim bu sahədə bilmədiklərimizi öyrənmək üçün bir imkandır. Hüquq sistemi mövcud olmasa, bu o deməkdir ki, heç nə qorunmur. Ölkə daxilində razılıq əldə etməliyik, bu, baş tutmasa, heç nə əldə edə bilməyəcəyik. Razılığa gəlməyimiz isə o deməkdir ki, hər bir partiya Gürcüstanın maraqlarını öz maraqlarından daha üstün tutmalıdır”.

Teqlər: