Razılaşmadan 5 gün keçdi: əsirlər nə vaxt qayıdır? – Simonyan

Razılaşmadan 5 gün keçdi: əsirlər nə vaxt qayıdır? – Simonyan

Ümid edirəm ki, yaxın günlərdə məhbuslar geri qaytarılacaq. Biz gözləyirik. Düşünürəm ki, tezliklə məlumat əldə edəcəyik.

AzerTimes xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.

“Razılıq əldə olunub, bununla bağlı heç bir dəyişiklik yoxdur. Proses davam edir. Ümid və güman edirəm ki, bu (əsirlərin təhvil verilməsi – red.), yaxın günlərdə baş verəcək”, – Simonyan bildirib.

Qeyd edək ki, dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazir Aparatı birgə bəyanat yayıb. Bəyanatda Azərbaycanın 32 əsiri, Ermənistanın isə 2 əsiri geri qaytaracağı bildirilib.

Teqlər: