ABŞ İsrailin özünümüdafiə hüququnu dəstəkləyir.
AzerTimes xəbər verir ki, bunu ABŞ müdafiə naziri Lloyd Ostin İsrail müdafiə naziri Yoav Qallantla telefon danışığının nəticələri ilə bağlı deyib.
“Hizbullahın İsrailin şimal rayonlarına 7 oktyabr üslubunda hücumlar həyata keçirə bilməməsini təmin etmək üçün sərhəd boyunca hücum infrastrukturunun dağıdılması ilə bağlı razılaşdıq”, – Ostin bildirib.
Ostinin sözlərinə görə, mülki şəxslərin sərhədin hər iki tərəfindəki evlərinə təhlükəsiz qayıda bilmələri üçün diplomatik həll də lazımdır.