Rayonlarda qadınların məşğulluğa cəlb olunması üçün hansı işlər görülür?

Xəbər - Humay Ağacanova – Trend:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2011-ci
ildən Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə
həyata keçirdiyi “Azərbaycanda kənd və rayon yerlərində yaşayan
qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı”,
“Sahibkarlığa və məşğulluğa iqtisadi dəstək” layihələri
çərçivəsində Biləsuvar, Salyan, Sabirabad, Neftçala, Masallı,
Zaqatala, Qusar, Xaçmaz, Bakı şəhəri Xəzər rayonlarında və Sumqayit
şəhərində 10 Qadın Resurs Mərkəzi açılıb.

Bu barədəAzerTimes-ın
sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsindən bildirilib.

Qeyd edilib ki, layihələrin məqsədi kənd və rayon yerlərində
yaşayan qadınların və gənclərin iqtisadi həyatda fəal iştirakı,
sahibkarlıq fəaliyyəti və məşğulluğu üçün iqtisadi imkan və
bacarıqlarının artırılmasıdır. Qadın Resurs Mərkəzləri
məsləhətləşmə, mentorluq, şəbəkələşmə, gücləndirmə, təhlükəsiz
məkan, yaxşı ünsiyyət və təbliğat daxil olmaqla, qadınlara geniş
xidmət göstərən texniki qurum kimi qeyd olunan rayonlarda yerləşən
Heydər Əliyev Mərkəzlərində ayrılmış (1 və yaxud 2) otaqda
fəaliyyət göstərir.

“Qadın Resurs Mərkəzlərinin təşkilatçılığı ilə 500-ə yaxın qadın
sahibkarlıq fəaliyyətinə başlayıb. 8200 qadın müxtəlif təlimlərə
cəlb olunub, tədbirlərdə iştirak edib.

Qadın Resurs Mərkəzlərinin kənar maliyyələşmədən asılılığını
azaltmaq və fəaliyyətinin davamlılığını təmin etmək məqsədilə
onların dövlət qeydiyyatına alınaraq qeyri-hökumət təşkilatı kimi
fəaliyyət göstərməsi təmin edilib.

8 Qadın Resurs Mərkəzi (Sabirabad, Biləsuvar, Neftçala, Masallı,
Salyan, Qusar, Zaqatala və Bakı şəhərinin Xəzər rayonu)
qeydiyyatdan keçərək QHT statusu alıb.” – deyə əlavə edilib.


Həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) dəstəyi ilə
2020-ci ilin sentyabr ayından başlayaraq “Göyçay rayonunda
qadınların məşğulluğuna və mikro sahibkarlıq fəaliyyətinə dəstək”
layihəsini həyata keçirir.

“Layihənin məqsədi kənd və rayon yerlərində yaşayan qadınların
sahibkarlıq fəaliyyətinə qoşulması, onlar arasında mikro
sahibkarlığın inkişafı, sahibkarlıq sahəsində bilik, bacarıqlarının
gücləndirilməsi və məşğulluğunun artırılması üçün iqtisadi
imkanlarının genişləndirilməsidir.

Layihə çərçivəsində Göyçay rayonundan həssas qrupdan olan 28
nəfər qadına (14 nəfər bərbərlik, 4 nəfər dərzilik, 3 nəfər əl
işləri, 4 nəfər fermer, 2 nəfər şirniyyatçı, 1 nəfər xalçaçılıq
fəaliyyəti üçün) biznes fəaliyyətinə başlaması və mövcud
bizneslərin gücləndirilməsi üçün qeyri pul şəklində maddi dəstək
göstərilmiş, qadınlar biznes planına uyğun olaraq avadanlıqlarla
təmin olunmuş və Qadın Resurs Mərkəzinin yaradılıb”, – deyə
bildirilib.

Komitənin Tovuz rayonunda yerləşən Qadın Resurs Mərkəzi “Sağlam
Həyat Naminə” İctimai Birliyinin birgə əməkdaşlığı və British
Petroleum Şirkətinin maliyyə dəstəyi ilə “Qadınların məşğulluğuna
və mikro sahibkarlıq fəaliyyətinə dəstək” adlı layihə çərçivəsində
yaradılıb.

“Layihə çərçivəsində 2020-2021-ci illər ərzində 60 nəfər qadına
(23 nəfər şirniyyatçı, aşpaz, 14 nəfər bərbərlik, 16 nəfər
dərzilik, 5 nəfər arıçı, 2 nəfər dəyirmançılıq) biznes fəaliyyətinə
başlaması və mövcud bizneslərin gücləndirilməsi üçün qeyri-pul
şəklində maddi dəstək göstərilmiş, qadınlar biznes planına uyğun
olaraq avadanlıqlarla təmin olunmuşdur. Qadınların fəallığının
artırılması, ünsiyyət və liderlik bacarıqlarının inkişaf
etdiriməsi, maliyyə və biznes sahəsində biliklərinin
təkmilləşdirilməsi məqsədilə mütəmadi olaraq yerli və beynəlxaq
ekspertlərin iştirakı ilə təlimlər təşkil edilir, seminarlar
keçirilir”,-deyə məlumatda qeyd edilib

Teqlər: