Xəbər - Sədrəddin Ağcayev – Trend:
“MasterCard” Azərbaycanın bölgələrində ictimai nəqliyyatda nağdsız ödəniş imkanlarını genişləndirməyi planlaşdırır.
Trend-in məlumatına görə, bunu “MasterCard”ın Azərbaycandakı nümayəndəsi Erdem Çakar bu gün Bakıda keçirilən 5-ci Beynəlxalq bank forumunda çıxışı zamanı deyib.
“Azərbaycanda nağdsız ödənişlərin artımının drayverlərindən biri ictimai nəqliyyatda bank kartları vasitəsilə ödəniş sisteminin tətbiqi oldu. 2020-ci ildə Şamaxıda 25 avtobusda nağdsız ödənişlər üzrə pilot layihəni işə salmışıq. Bu gün Şamaxıda nəqliyyatda dörd mindən çox nağdsız ödəniş həyata keçirilir”, – deyə o, bildirib.
E.Çakar ümidvar olduğunu bildirib ki, yaxın zamanlarda Azərbaycanda açıq bankçılıq tətbiq olunacaq.
“Bu model artıq Türkiyədə reallaşdırılıb və şübhə etmirəm ki, Azərbaycanda da bu hədəfə nail olacağıq”, – E.Çakar deyib.
(Tərcümə: Orxan Nəbiyev)