Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 03.07.2020-ci il saat 00:00-dan 04.07.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 2118 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 371 nəfər həmin Məcəllənin 211.2-ci və eyni əməllərin il ərzində təkrar törədilməsinə görə Məcəllənin 211.3-cü maddəsi ilə 2 nəfər olmaqla ümumilikdə 2491 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 910-u rayon, 790-u paytaxt istiqamətinə olmaqla 1700, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 27-i rayon, 127-i paytaxt istiqamətinə olmaqla 214, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 466-ı rayon, 778-i paytaxt istiqamətinə olmaqla 1244 nəqliyyat vasitəsi geri qaytarılıb, ümumilikdə 3158 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.