Rayon xəstəxanalarında “Pfizer” çatışmazlığı var? – AÇIQLAMA

Xəbər - Humay Ağacanova – Trend:

“Pfizer-Biontech” vaksini regionlar üzrə təyin olunan tibb
müəssisələrinə təhvil verilir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq İcbari Tibbi
Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
ölkənin müvafiq qurumları tərəfindən müəyyənləşdirilən tələbata
uyğun vaksin alışını həyata keçirir.

“Agentlik tərəfindən alınan vaksinlər seriya üzrə son istifadə
tarixi qeyd edilməklə Nazirlər Kabineti yanında Operativ Qərargahın
göstərişinə əsasən Səhiyyə Nazirliyinə təhvil verilir və
vaksinlərin tibb müəssisələrinə bölgüsü bu qurum tərəfindən həyata
keçirilir”, – deyə məlumatda bildirilib.

Teqlər: