Bakıya giriş məhdudlaşdırılır

Bakıya giriş məhdudlaşdırılır

“IV İslam Həmrəyliyi Oyunları zamanı rayon qeydiyyatında olan avtomobillərin Bakıya girişi məhdudlaşdırılacaq”.

Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, I Avropa Oyunları zamanı tətbiq olunmuş qaydalar İslam Oyunları zamanı da təkrarlanacaq.

BŞBDYPİ rəsmisi qeyd edib ki, paytaxtda müəyyən yollarda sarı rəngdə İslam Həmrəyliyi Oyunları üçün nəzərdə tutulan “Oyunlar zolağı” çəkilib və mayın 5-dən etibarən xüsusi zolaqların tələblərini pozan sürücülər 40 manat məbləğində cərimə olunacaq.

“İslam Həmrəyliyi Oyunları iştirakçılarının, idmançıların və sakinlərin təhlükəsizliyinin təmin olunması məqsədi ilə bağlı bir çox işlər aparılır. Oyunlar zamanı yük maşınlarının hərəkətinə məhdudiyət qoyulacaq. Həmçinin rayon qeydiyyatında olan avtomobillərin Bakıya girişi məhdudlaşdırılacaq”– deyə Vaqif Əsədov bildirib.