Rasim Məmmədova bəraət istənildi

Rasim Məmmədova bəraət istənildi

“Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

AzerTimes xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə Rasim Məmmədovun vəkilləri Pərviz Məmmədov və Zibeydə Sadıqova müdafiə çıxışı ediblər.

Vəkillər Rasim Məmmədovun verilmiş ittihamlarla əlaqəsi olmadığını, dövlət ittihamçısının tələb etdiyi 15 il azadlıqdan məhrumetmə cəzası ilə razılaşmadıqlarını deyiblər.

Vəkillər məhkəmədən bəraət hökmü çıxarılmasını istəyiblər.

Rasim Məmmədov məhkəmədən son söz üçün vaxt istəyib. Məhkəmə ona dekabrın 9-a kimi vaxt verib.

Xatırladaq ki, bundan əvvəl keçirilən prosesdə çıxış edən prokuror Rasim Məmmədovun 15 il müddətinə azadlıqdan mərhum edilməsini istəyib.

Teqlər: