Demokratik Suriya Qüvvələri (DSQ) Rəqqa şəhərində hərbi əməliyyata start verib.
Bu barədə Pentaqon rəsmilərinin açıqlamasında deyilib.
Açıqlamada İŞİD-in Rəqqada sıxışdırıldığı bildirilib: “Apaçi tipli helikopterlər bölgəyə çatdırılıb. Əməliyyat çətin və uzun olacaq. Koalisiya Demokratik Suriya Qüvvələrinə dəstək verəcək”.