Ramiz Mehdiyevin qohumları həbs edildi

Ramiz Mehdiyevin qohumları həbs edildi

Karantin rejimini pozaraq avqustun 18-də Novxanıda qızına toy edən sabiq deputat İlham Əliyev və qudası Rövşən Mustafayev Abşeron Rayon Məhkəməsinin qərarı ilə 15 sutka inzibati qaydada həbs ediliblər.

Prezident Aparatının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin kürəkəni ilə qudası cəzasını çəkmək üçün Binəqədi rayonunda yerləşən Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsinə gətirilib.