Ramiz Göyüşov YAP-dan xaric edildi

Xəbər - Elçin Mehdiyev – Trend:

Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının keçmiş sədri, sosial şəbəkələrdə intim videosu yayılan Ramiz Göyüşov partiya sıralarından xaric edilib.

AzerTimes-ın məlumatına görə, bu barədə qərar partiyanın İdarə Heyətinin bu gün keçirilən iclasında verilib.

Qeyd edək ki, Ramiz Göyüşovun YAP Binəqədi rayon təşkilatının sədri kimi səlahiyyətlərinə iyunun 30-da keçirilmiş hesabat konfransında xitam verilmişdi.

Twitter: @ElchinMehdiyev

Teqlər: