Xalq artisti Ramiz Əzizbəyli bu gün Türkiyəyə yola düşür.
Uzun müddətdir səhhətində problem olan aktyorun müalicəsi orada davam etdiriləcək.
R.Əzizbəylini yola salmaq üçün sənət dostları saat 11:00-da hava limanında toplaşacaqlar.
Qeyd edək ki, R.Əzizbəylinin bir tərəfi iflic olub. Yaxşı gəzə bilmir. Beynində problem var. Həkimlər onun xaricdə əməliyyat olunmasını məsləhət görüblər.