Ramiz Əzizbəyli Rasim Balayevlə niyə ölüncə barışmadı?

Ramiz Əzizbəyli Rasim Balayevlə niyə ölüncə barışmadı?

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Rasim Balayevin xalq artisti Ramiz Əzizbəylinin dəfninə getmədiyi olaydan bir il sonra gündəmə gətirilib. İddiaya görə, Rasim Balayevlə Ramiz Əzizbəyli küsülü olub.

Bu haqda R.Əzizbəyli son müsahibələrinin birində də danışmışdı. Mərhum sənətkar qeyd etmişdi ki, R.Balayevlə küsülüdür və ölüncə də barışmayacaq.

Məlumata görə, vaxtilə möhkəm dost olan sənətkarların münasibətlərinin pozulmasına səbəb R.Əzizbəylinin qızının ailəsinin dağılması olub. Belə ki, R.Əzizbəylinin qızı R.Balayevin qohumu ilə ailə qurubmuş.

Bu barədə AzerTimes-a danışan R.Balayev R.Əzizbəylinin qızının onun baldızının oğlu ilə vaxtilə ailəli olduğunu təsdiqləyib:

“Mən Ramizlə dost olmuşam. Onun qızı mənim baldızımın oğlu ilə ailə qurmuşdu. Öz qərarları ilə də ayrıldılar. Mən nə edə bilərdim axı?! Bunu Allah, mən və doğmalarım bilir ki, mənim bu məsələyə heç bir aidiyyətim yoxdur”.

R.Balayev R.Əzizbəylinin dəfninə getməməsinin səbəbini isə küsülü olması ilə deyil, pandemiya ilə əlaqələndirib:

“Dəfnə gedə bilmədim, çünki xəstəxanadan yeni çıxmışdım. Həm sərt karantin idi, həm də həkimlər icazə vermirdilər evdən çıxmağa. Başqa səbəb olmayıb”.

Qeyd edək ki, R.Əzizbəyli 9 iyun 2021-ci ildə dünyasını dəyişib.

Teqlər: