Xəbər - Orxan Nəbiyev – Trend:
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə heyətinin sədri Ramin Bayramlı Türkiyə Səhiyyə İnstitutları Komitəsinin rəhbəri Erhan Akdoğanla görüşüb.
Trend-in məlumatına görə, bu barədə E.Akdoğan öz “Twitter” səhifəsində yazıb.
Qeyd olunub ki, görüş zamanı koronavirusa qarşı yerli “Turkovac” vaksininin sınaqlarının 3-cü mərhələsi ilə bağlı məsləhətləşmələr keçirilib.