Ramil Usubov Moskvada MDB ölkələri Təhlükəsizlik şuraları katiblərinin görüşündə iştirak edir

MDB ölkələri Təhlükəsizlik şuraları katiblərinin Moskvada keçirilən görüşündə milli, regional və beynəlxalq təhlükəsizlik məsələlərinə dair aktual problemlər müzakirə olunur. Görüşdə Azərbaycanı Təhlükəsizlik Şurasının katibi Ramil Usubov təmsil edir.

Trend xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurası aparatının mətbuat xidmətinin məlumatına görə, Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev görüşdə çıxış edərək MDB ölkələrini yeni infeksiyaların və gen mühəndisliyinin inkişafı fonunda bioloji təhlükəsizliyin yeni qaydalarını işləyib hazırlamağa çağırıb.

Xatırladaq ki, ötən il MDB ölkələri Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası videokonfrans formatında keçirilmişdi. İştirakçılar bioloji təhlükələr, informasiya sahəsində çağırışlar problemlərini müzakirə etmiş, süni intellekt və onun milli təhlükəsizliyin təmin edilməsində rolu məsələlərindən danışmışdılar.

Teqlər: