Slovakiya çempionatında XXIX tura “Trençin” – “Jilina” matçı ilə start verilib.
Açılış oyununda artıq çempionluğu təmin etmiş “Jilina” klubu “Trençin”in qonağı olub.
Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:1. “Jilina”nın yeganə qolunu 21-ci dəqiqədə Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayev vurub. O, hesabı açsa da, komandası üstünlüyü əldən verib.
Bu nəticədən sonra “Jilina” 61 xalla 1-ci pillədə qalıb. Xallarını 41-ə çatdıran “Trençin” isə 4-cü pilləyə yüksəlib.
Qeyd edək ki, Ramil Şeydayev sonadək meydanda olub.