Ramil Səfərovla bağlı əxlaqsızlıq – Biz bacarmarıq?

Ramil Səfərovla bağlı əxlaqsızlıq – Biz bacarmarıq?

Səfir Vilayət Quliyevin müsahibəsində Ramil Səfərovla bağlı məqamı erməni mediası manşetə daşıyıb və bundan uzaqgörən nəticələr çıxarıblar – öz işləridir, təbliğat aparırlar. Ancaq Ramil Səfərovun adını o cür yazmaq…

Ramil Səfərovu “yatan erməni zabiti” balta ilə öldürdüyünə görə adını “ümumiləşdirən” erməni mediası nifrətlərini bu formada illərdir ifadə edirlər.

Ramil Səfərov dinc erməni mülkini – qocanı, uşağı, qadını öldürməyib, erməni zabitini baltalayıb; səbəblərini də bilirsiniz: təlim zamanı R.Səfərova aşağılayıcı münasibətinə, Azərbaycan bayrağı ilə ayaqqabısını sildiyinə, ölkəmizi təhqir etdiyinə görə və qurgen markaryan bu zaman tək olmayıb, əks halda ermənilər azərbaycanlılarla bu cür rəftar etmirlər. Ermənilər yalnız çoxluqda və güc nisbəti tərəflərində olanda iç üzlərini açırlar – çaqqal sürüsü kimi!

Amma Azərbaycan mediası Xocalı qətliamında birbaşa iştirak edən və bunu açıqcasına etiraf edən serj sərkisyan da daxil olmaqla, onlarla ermənini – əli dinc azərbaycanlıların qanına batan, hamilə qadınların bətnindəki körpələri elə ana bətnindəcə süngüyə keçirən, qız uşaqlarını divara mıxlayıb, onun qan itirməsinə “ləzzətlə” tamaşa etdiyini deyən erməni qaniçənlərin – uşaq qatillərinin; şəhərlərimizi, kəndlərimizi yer üzündən silən, xarabazara çevirən, daşını daş üstdə qoymayan vəhşilərin adlarını “ümumiləşdirməmişik” – baxmayaraq ki, mülkilər və uşaqlar yanında vəhşilik, çaqqallıq, heyvanlıq ermənilərin mahiyyətindədir.

Meşəli qətliamını törədib, onlarla silahsız və günahsız insanı öldürən vaqif xaçatryanı da “ümumiləşdirməmişdik”.

Ancaq ümumiləşdirə bilərik, ən azı bu qətliamda rol aldıqları məhkəmə vasitəsilə artıq sübuta yetirilənləri…

Zatən onlar elə ermənilərin ümumi adıdır – Xocalı da daxil olmaqla, qətliamlar törədən xaçatryan, serjik, balayan, balasanyan, babayan elə erməni adının sinonimidir.

Yeri gəlmişkən, Puşkin də bu fikirdə olub – oğru, qul, kölənin ermənilərin mahiyyəti olduğunu hələ 200 il əvvəl ifadə edib.

Teqlər: