Ramazanın 16-cı günü: dua, imsak və iftar vaxtı

Bu gün Ramazan ayının 16-cı günüdür.

AzerTimes-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin
açıqladığı Ramazan təqviminə əsasən, Bakıda imsak saat
04:29-da, iftar isə saat
19:36-dədir.

Ramazan ayının 16-cı gününün
duası:

“Allahummə vəffiqni fihi limuvafəqətil-əbrar. Və cənnibni fihi
murafəqətəl-əşrar. Və avini fihi birəhmətikə ila daril-qərar.
Bi-ilahiyyətikə ya ilahəl-aləmin”.

Tərcüməsi:

İlahi, bu gün yaxşı bəndələrin tayı olmağı mənə nəsib
et! Məni pis adamlardan uzaqlaşdır! Bu gün mənə öz rəhmətinlə
behişt qərargahında yer ver! Allahlığına and verirəm, ey aləmlərin
Allahı”.

Allah orucunuzu qəbul etsin!

Teqlər: