Ölkəmizdə Ramazan ayının başlanma tarixi açıqlanıb.
Qafqaz Müsəlmanları İdarəsi təqvimi açıqlayıb.
Bu il Ramazan ayı mayın 27-də başlayacaq. Qədr gecələri isə iyunun 13-də, 15-də, 17-də və 21-nə təsadüf edəcək.
Ramazan bayramı isə iyunun 26-da qeyd olunacaq.
Qeyd edək ki, bu il Məhərrəm ayının 1-i Miladi təqvimlə sentyabrın 22-nə düşür. Aşura isə oktyabrın 1-də qeyd olunacaq. Oktyabrın 20-də Məhərrəm ayı başa çatır.
Bu il Ramazan bayramı və Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü üst-üstə düşdüyündən əlavə qeyri-iş günü olacaq.
Nazirlər Kabinetinin istehsalat təqviminə əsasən verdiyi məlumata görə, 26, 27, 28 iyun Silahlı Qüvvələr Günü və Ramazan bayramı münasibəti ilə qeyri-iş günüdür. 28 İyun qeyri-iş günü olmasının səbəbi, 26 iyun tarixində iki bayramın üst-üstə düşməsidir. 24, 25 iyun tarixləri isə şənbə-bazar olduğundan 5 gün ard-arda qeyri-iş günü olacaq.