Ramazan ayının təqvimi: Oruc qaydaları

2022-ci ildə Azərbaycan Ramazan ayı aprelin 2-si başlayacaq.

AzerTimes-ın məlumatına görə, Ramazan ayının ilk Qədr gecəsi
Ramazan ayının 18-dən 19-na keçən gecə, yəni aprelin 19-da olacaq.
İkinci qədr gecəsi aprelin 21-i (Ramazan ayının 20-dən 21-nə keçən
gecə), üçüncüsü aprelin 23-də və sonuncusu aprelin 27-də

olacaq.

Şəvval ayının 1-i, mayın 2-də Azərbaycanda Ramazan (Fitr)
bayramı qeyd olunacaq.

Aşağıda Bakı və ətraf qəsəbələr üçün oruc saatları
göstərilib.

Rayonlar üzrə sahur və iftar vaxtları aşağıdakı qaydada
müəyyənləşdirilib (dəqiqə):

Ağcabədi +10, Ağdam +11, Ağdaş +10, Ağstafa +18, Ağsu +5, Astara
+4, Babək +18, Balakən +5, Bərdə +11, Beyləqan +10, Cəbrayıl +12,
Cəlilabad +6, Culfa +18, Daşkəsən +15, Füzuli +11, Gədəbəy + 16,
Gəncə + 14, Goranboy +12, Göyçay +8, Göygöl +14, Hacıqabul +4,
Horadiz +10, İmişli +7, İsmayıllı +6, Kəlbəcər +15, Kürdəmir +6,
Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir
+11, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Qax +11,
Qazax +19, Qəbələ +8, Quba +5, Qusar +4, Saatlı +6, Sabirabad +6,
Şabran +4, Şahbuz +18, Salyan +4, Şamaxı +6, Şəki +12, Şəmkir +15,
Şərur +18, Şirvan +4, Siyəzən +3, Sumqayıt +1, Şuşa +13, Tərtər
+12, Tovuz +16, Ucar +8, Xaçmaz +4, Yardımlı +8, Yevlax +11,
Zaqatala +15, Zəngilan +13, Zərdab +9 dəqiqə.

Ramazan ayı üçün gündəlik dualar

Ramazanda necə düzgün oruc tutmalı

Ramazan ayında oruc tutan şəxsin qidalanma rejimi adi günlərdə
qidalanmadan tam fərqlənir. Buna görə də oruc tutmağı asanlaşdırmaq
üçün bir müddət əvvəldən bədəni buna hazırlamaq lazımdır. Gün
ərzində qəbul edilən qidanın kalorisini azaltmaq və rejimlə
qidalanmağa çalışmaq oruc tutmazdan əvvəl bədəninizin yeni
qidalanma rejiminə uyğunlaşmasını asanlaşdıracaq.

Əksər insanlar imsak zamanı yeməkdən imtina edirlər. Lakin gün
ərzində suya və qidaya olan tələbatı ödəmək üçün imsakda mütləq
yemək lazımdır. Bu, oruc vaxtı sizi yorğunluq və halsızlıqdan
qoruyar.

İmsakdan yarım saat öncə iki stəkan su içilməsi məsləhətdir.
İmsakda daha çox enerjili qidalara üstünlük vermək lazımdır.

İftardan 1,5-2 saat sonra gəzməyiniz həzmə köməklik göstərəcək,
zəifləyən metabolizmanızı sürətləndirəcək. Bu da çəkinizin
artmasının qarşısını alacaq. Yatmazdan öncə qatıq yemək
məsləhətdir. Bu, bədəndə suyun saxlanmasını tənzimləyir. Oruc
tutanlar yuxu rejiminə də düzgün əməl etməlidirlər.

Ramazan ayında orucluqdan azad olma və
məhdudiyyətlər

Dörd təbəqədən olan adamlar oruc tutmaya bilərlər; onlar həm
qəza orucundan, həm də kəffarədən azaddırlar:

Həddi-büluğa çatmamış uşaqlar; Psixi cəhətdən qeyri-normal
şəxslər; Qocalıb əldən düşmüş şəxslər; Aclıq və susuzluğa heç cür
tab gətirməyən daimi xəstələr.

Daha dörd təbəqədən olan şəxslər isə Ramazan ayında oruc tutmaya
bilərlər; bunun üçün onlara kəffarə də düşmür, sadəcə olaraq
itirdikləri hər gün əvəzinə bir gün qəza orucu onlara vacibdir:

Hamilə qadınlar. Onlar itirdikləri hər günün əvəzində
ehtiyaclılara 750 qram yemək verməli, ana olduqdan sonra isə qəza
oruclarını tutmalıdırlar;

Körpəsinə süd verən qadın (əgər oruc tutduğu təqdirdə südünün
kəsiləcəyindən qorxarsa). Onlar da hər gün üçün 750 qram ehsan
etməli, südvermə müddəti bitdikdən sonra qəza orucu tutmalıdır.

Qadınlar paklıq vəziyyətləri pozulduğu günlərdə oruc tutmamalı,
lakin sonra mütləq qəza etməlidirlər (hər gün müqabilində bir gün
hesabı ilə);

Ramazan ayında müvəqqəti xəstələnmiş şəxslərin səhhətinə oruc
tutmaq təhlükə törədirsə, xəstə olduqları günlərdə orucdan
azaddırlar. Əgər gələn ilin Ramazan ayına kimi sağalsalar, mütləq
qəza orucu tutmalıdırlar. Gələn ilə kimi sağalmasalar, qəza orucu
vacib olmaz, yalnız hər gün üçün 750 qram ehsan etmələri
kifayətdir.

Qeyd edək ki, səfərdə olan şəxs vətənə dönənə kimi orucdan
azaddır, amma qayıdandan sonra mütləq qəza etməlidir (hər gün üçün
bir gün hesabı ilə).

Teqlər: