Ramazan ayının təqvimi – 2017

Ramazan ayının təqvimi – 2017

Bir neçə gündən sonra müsəlmanların müqəddəs ayı, 11 ayın sultanı olan Ramazan başlayır.

Müqəddəs ayın ilk günü may ayının 27-i – şənbə gününə düşür.

Qafqaz Müsəlman İdarəsi artıq Ramazan təqvimini də açıqlayıb. Bakı şəhəri üzrə ilk imsaq saat 03:19-da, iftar isə saat 20:17-dədir.

Digər bölgələr üzrə Ramazan təqvimlərini burada nəzərdən keçirə bilərsiniz.

Qədr gecələri iyunun 13-nə, 15-nə, 17-nə və 21-nə düşür. Ramazan bayramı isə iyunun 26-da qeyd olunacaq.

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Adambaşına 5-10 manat arasında fitrə zəkatının verilməsi məsləhət görülür.

Ramazan ayının təqvimi