Ramazan ayı şadlıq evləri və restoranların da fəaliyyətinə təsir
göstərir. Bakıdakı bir sıra restoran və şadlıq evlərində Ramazan
başa çatanadək toy mərasimləri keçirilmir.
Müqəddəs Ramazan ayında çoxlarını maraqlandıran və müzakirə
mövzusu olan bir sual olur. Bu günlərdə toy etmək olarmı?
Məsələ ilə bağlı Trend-ə açıqlamasında ilahiyyatçı Ağa Hacıbəyli
bildirib ki, Ramazan ayında toy etmək olar.
“Bir şərtlə ki, gündüz süfrə açmamaq lazımdır. Yemək iftarda
verilməlidir. Ramazan ayında şərti ilə toy etmək olar. İftardan
əvvəl isə insanları toya dəvət etmək məqbul sayılmır. Belə
məclislərin yalnız axşam saatlarında, yəni iftardan sonra təşkil
olunması tövsiyə olunur. Toy etmək özü də bir ibadətdir. Bir ailə
qurulur. Ramazan ayında ailə qurmaq böyük savabdır”,- deyə
ilahiyyatçı bildirib.