Ramazan ayı ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ)
təqvimindən kənar hər hansı təqvimin nəşr edilməsinə icazə
verilməyib.
AzerTimes-ın məlumatına görə, bunu QMİ-nin sədr müavini Gündüz
İsmayılov deyib.
O bildirib ki, əgər QMİ təqvimindən kənar təqvimə rast
gəlinərsə, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə
məlumat verilməsi xahiş edilir.